Ru
23:43 / 25 Avqust 2019

"Məğlubiyyətin başlıca günahkarı mənəm" - Baş məşqçi

5594
"Müdafiədə səhvsiz oynamağa çalışdıq. Bunu 45 dəqiqə bacardıq. Rəqibin təzyiqinə dözə bilmədik. Qapımıza sadə penalti təyin olundu. O epizodda penalti var idi. Belə məğlubiyyətə dözmək çətindir. Məğlubiyyətin başlıca günahkarı mənəm. Çalışacağıq ki, bu durumdan çıxaq." BakuPost-un "Report"a istinadən məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın II turunda səfərdə "Qarabağ"a uduzduqları (0:3) oyundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis bildirib ki, Yusif Nəbiyev zədəli olduğu üçün Sadiq Quliyev məcburiyyət üzündən müdafiənin cinahında oynayıb: "Belə məğlubiyyəti kənardan izləmək ağırdır. Mənim üçün çox çətindir. Rəqib də "Qarabağ" idi". Gənc məşqçi komandada qalacağı ilə bağlı suala isə belə cavab verib: "Rəhbərlik qərar verəcək. Mənim getməyim yaxşı təsir edəcəksə, gedərəm. İndi bu, gəmini tərk edib getmək olar. Buna əsasən rəhbərlik qərar verəcək". Qurbanov bu görüşdə futbolçula kompakt oyun tapşırdığını vurğulayıb: "Onlara belə məqamda deyiləsi söz yoxdur. Çalışacağıq ki, oyunu unudaq və gələcək matçlara baxaq".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər