Mərhum nazirin nəvəsi Rusiyada birinci oldu - VİDEO

2899
Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin keçmiş xanımı Sara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada keçirilən "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsinin qalibi olub.

BakuPost xəbər verir ki, bu barədə Aliyə Əliyeva özü məlumat verib. O, birinci yerə çıxa biləcəyinə inanmadığını deyib:

"Heç vaxt təsəvvür etməzdim ki, Moskvada birinci yerə çıxa bilərik, ancaq bu baş verdi. Komandamızın rəhbəri Emin Qədirov və layihənin təşkilatçısına çox təşəkkür edirik. Sizsiz bu gözəl layihə gerçəkləşməzdi. O qədər xoş xatirə və emosiyalar var ki... Onları heç vaxt və heç yerdə yaşamamışdım. Digər ölkələrdən gələn bütün uşaqları dostlarım adlandıra bilərəm. Siz də çox çalışdınız və çox sevindim ki, sizin kimi uşaqlarla tanış oldum!
 
Sonda anama təşəkkür edirəm ki, mənə inandı və hələ də inanır. O, özgüvənimin itməsinə imkan vermir. Özümə isə demək istəyirəm ki, bu, yalnız başlanğıcdır və ümid edirəm ki, gələcəkdə bu, əlimdə tutduğum sonuncu mükafat olmayacaq”.

Qeyd edək ki, RU.TV" kanalında yayımlanan "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsi 13-17 yaş uşaqlar arasında keçirilir. "Во весь голос" istedadlı yeniyetmələrdən ibarət komandaların iştirak etdiyi musiqi müsabiqəsidir. 16 yaşlı Aliyə Əliyeva bu layihədə Emin Qədirovun qrupunda, həmvətənləri ilə birlikdə komanda şəklində çıxış edib.

Azərbaycanlı iştirakçılar bu yarışmanın finalında Rusiya, Belarus, Latviya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Moldova və Ermənistan komandalarını geridə qoyaraq qələbə qazanıb.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər