Ru
11:52 / 21 Avqust 2019

Mərhum pilotumuz II Fəxri Xiyabanda dəfn olundu - FOTOLAR - YENİLƏNİB-3

5718


Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin dəfn mərasimi keçirilib.


II Fəxri Xiyabanda keçirilən dəfn mərasimində yaylım atəşi açılıb və pilot Azərbaycan himninin sədaları altında torpağa tapşırılıb.

 

***

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.


Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.

 

*** Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir. 


Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. 

***

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevlə vida mərasimi başlayıb.


Bakupost APA-ya istinadən xəbər verir ki, pilotla vida mərasimi Yeni Yasamaldakı evinin həyətində keçirilir. Saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla rəsmi vida mərasimi keçiriləcək. Pilot daha sonra II Fəxri Xiyabanda dəfn ediləcək.


Mərhumun qayınatası, politoloq Qabil Hüseynli APA-ya bildirib ki, pilotun 3 və 7 mərasimi sabah, yəni iyulun 22-də Heydər Məscidində keçiriləcək.


Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.


 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər