Zakir Qaralovdan yeni təyinat: mətbuat xidmətinə prokuror gətirildi

221
 
Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Bakupost-un verdiyi xəbərə görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha əvvəl isə Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur. 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər