Ru
11:23 / 21 Fevral 2019

Metroda azyaşlı qıza zor tətbiq etdi

1730
 


İctimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.


DİN Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, fevralın 19-da saat 13 radələrində metronun "28 May” stansiyasının platformasında azyaşlı bir qıza zor tətbiq edib əlindəki mobil telefonunu alaraq qaçmağa cəhd göstərən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.


Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib. "Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.


Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər