Ru
17:32 / 20 Avqust 2019

Metropoliten rəsmisinin də Praqada biznesi tapıldı – FOTOLAR

4483
"Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Mərdanov Arif Fərman oğlu Çexiyaya yolunu 2010-cu ildən salıb. 25 noyabr 2010-cu ildə Praqada FAM JONAD sro. şirkətini təsis edəndə cənab Mərdanov "Azərsu” ASC-dəki işindən təzəcə ayrılmışdı…”


"AzPolitika.info”nun məlumatına görə, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün "facebook” səhifəsindən paylaşdığı yazısında bildirib.


Onun yazdığına görə, Arif Mərdanov  2014-cü ilin sentyabrından Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədridir. Prezidentin sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub: "Çexiyadakı şirkət (qeydiyyat nömrəsi: 24769991) istehsaldan tutmuş, ticarət, daşınmaz əmlak biznesinə qədər geniş fəaliyyət sahələrini əhatə edir.


200 min çex kronu nizamnamə kapitalı olan şirkətin icraçı rəhbəri Arif Mərdanovun Bakıxanov 62 ünvanında qeydiyyatda olan həyat yoldaşı Nərgiz Mərdanovadır. Şirkətin 50 faizlik payı ona, qalan 50 faizlik hissəsi isə Əhməd Cavad küçəsi 1 ünvanında qeydiyyatda olan 24 aprel 1970-ci il təvəllüdlü Arif Mərdanova məxsusdur".


Yazılanlarla bağlı  Arif Mərdanovun da mövqeyini işıqlandırmağa hazırıq.
Metropoliten rəsmisinin də Praqada biznesi tapıldı –  FOTOLAR
Metropoliten rəsmisinin də Praqada biznesi tapıldı –  FOTOLAR
Metropoliten rəsmisinin də Praqada biznesi tapıldı –  FOTOLAR
Metropoliten rəsmisinin də Praqada biznesi tapıldı –  FOTOLAR
Metropoliten rəsmisinin də Praqada biznesi tapıldı –  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər