Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib.
BakuPost.az "Report”a istinadən xəbər verir ki, nazir özünə bir müşavir, bir köməkçi təyin edib. Məlumata görə, müşavir təyin olunan şəxs Təhsil Nazirliyinin informasiya şöbəsinin müdiri Elnur Əliyevdir.
Xatırladaq ki, M. Cabbarov bundan əvvəl Təhsil Nazirliyinin aparat rəhbəri Camal Qasımovu da özünə müşavir təyin edib.
M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.
C.Muxtarova M.Cabbarovun "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.