Mikayıl Cabbarovun işdən çıxardığı generala VƏZİFƏ VERİLDİ

1087
 
Vergilər Nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni  vəzifəyə təyinat alıb.  

BakuPost Unikal-a istinadən xəbər verir ki, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Xəbəri Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər. 

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir. 

Xatırladaq ki,  Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər