Ru
17:11 / 24 İyun 2019

Millət vəkili Cavid Osmanov: “2019-cu il iqtisadi və sosial sahədə islahatlar ili olacaq”

3361
Azərbayan Prezidentinin son sosial paket sərəncamını vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirmək lazımdır. BakuPost xəbər verir ki, bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Onun sözlərinə görə, bu islahatlar 2003-cü ildən etibarən həyata keçirilən islahatların məntiqi davamıdır. "Belə ki, Ulu Öndərin  Azərbycan gələcək inkişafı ilə bağlı müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham ƏLiyev tərəfindən uğrula davam etdirilməyə başladı və Azərbaycan yeni bir inkişaf mərəhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin həyata keçiridyi siyasətin ana xəttini hər zaman vətəndaşların sosial rifah halında yaşaması və sosial müdafiəsinin gücləndirilməsi olub. Bu məqsədlə onun rəhbərliyi altında ölkənin hərtərəfli inkişafına nail olmaq, insanların maddi rihaf içində yaşaması üçün  müxtəlif sahələri əhatə edən Dövlət Proqramları qəbul edilərək həyata keçirilib. Məqsəd respublikanın hərtərəfli inkişafına, o cümlədən regionların da sosial-iqtisadi inkişafına nail olmaq olub. Yəni respublikanın bir bölgəsinin deyil, ümumiyyətlə bütün regionların eyni səviyyədə inkişafı, bölgələrdə yaşayan insanların da sosial rifah halının yaxşılaşdırılmasına nail olmaq olub”,- deputat qeyd edib. O, bildirib ki, 2018-ci il prezident seçkiləri zamanı cənab İlham Əliyevin seçki proqramının əsas tezisi növbəti mərhələdə Azərbaycanın sosial inkişafına nail olmaq və insanların sosial problemlərinin həllinə nail olaraq, əhalinin sosial rifah halında yaşaması, həssas qruplarının isə sosial müdafiəsinin gücləndirilməsini  təmin olunması  idi:  "Xalqın yenidən etimadını qazanan cənab İlham Əliyev 2018-ci ildən  yürütdüyü daxili siyasətinin əsas priroitetini sosial sahədəki problmelərin həlli ilə bağlı  davamlı islahatların həyata keçirilməsi təşkil edir. Bir ildən artıq müddətdir ki,  biz sosial sahədə davamalı olaraq həyata keçirilən islahaltlaırn şahidi oluruq. Ölkə başçısı istər ötən il, istərsə də cari ilin əvvəlində bəyan etdiyi kimi, 2019-cu il iqtisadi və sosial sahədə islahatlar ili olaraq uğurlu bir olacaq. Bu həqiqətən də belədir. Cari ilin əvvəlindən başlayaraq sosial sahədə genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Ölkə başçısı bəyan etdiyi kimi, dövlətin maliyyə imkanları artdıqca, həmin vəsaitin insanlaırn sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək. Və bu belədir də… İlk olaraq   əhalinin həssas təbəqəsinin və qruplarının  sosial müdafiəsini, istərsə də ümumiyyətlə vətəndaşların sosial rifah halında yaşamasını təmin edən kompleks islahatlar paketi cari ilin mart ayında imzalandı. Bundan 3 ay keçməmiş isə  ölkə başçısı tərəfindən sosial sahədə islahatların daha da dərinləşdirilməsi istiqamətində iyunun 18-də növbəti yeni bir mərhələnin başlanğıcı ilə bağlı islahatlar paketi imzaladı. Bu bir daha Azərbaycan Prezidentinin siyasətinin ana xəttini insan amili dayandığını görürük. Ölkədə sabitliyin bərqərar olması, sosial problemləri həll olunan, sosial ədalətin hökm sürdüyü bir cəmiyyətin formalaşmasıdır.  Bax biz son bir ildə yürüdülən siyasəti bu cür dəyərləndirə bilərik. Bu sərəncamlar təkcə insanların maddi rifah halının yaxşılaşdırılması ilə bağlı deyil, eyni zamanda ədalətli məhkəmə sisteminin bərqərar olması, cəmiyyətdə harmoniyanın təşkil olunması, insanların dövlətə olan inam və etimadının təmin edilməsi, barışın, sabitliyin hökm sürməsinə xidmət edir. Yəni islahatlar kompleks xarakter daşıyır. Odur ki, ölkə başçısı hələ 2018-ci ildə andiçmə mərasimində növbəti mərhələdə ilə bağlı bəyan etdiyi proqramların həyata keçirilməsi istiqamətində çoxsaylı belə sərəncamların şahidi olcağıq. Hansı ki, bu islahatlar vətəndaşların daha yaxşı yaşamasını, sosial müdafiəsinin gücləndirilməsinə və sosial rifah halında yaşamasına xidmət edəcək”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər