Mingəçevirdə yaşayış binasında yanğın olub

308
Mingəçevirdə yaşayış binasında yanğın baş verib.

Hadisə az öncə şəhərin Heydər Əliyev prospekti  35 ünvanında baş verib.

Həmin ünvanda yerləşən yaşayış binasının 5-ci mərtəbəsində  başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və təcili yardım briqadası cəlb olunub. Dərhal yanğının qeydə alındığı blokun sakinləri təhlükəsiz sahəyə təxliyə olunub və ardınca yanğın sahəsi lokallaşdırılaraq söndürülüb. Əldə olunan məlumata görə, yanğın mənzilin tüstü sobasında qeydə alınıb.
Hadisə nəticəsində hər hansı zərərçəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.(apa)


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər