Ru
14:18 / 20 Avqust 2019

“MİQ-29”un “qara qutu”su zədələnib - Ukraynadan mütəxəssislər dəvət edildi

4211
Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "MİQ-29" təyyarəsinin "qara qutu”sunu tədqiq etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunub.


Bakupost xəbər verir ki, bunu "Yeni Sabah”a bu gün nəşi tapılan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.


Onun sözlərinə görə "qara qutu”nun bəzi hissələri zədələnib.


"Zədələnmiş hissələr bərpa ediləndən sonra "qara qutu” tədqiq ediləcək. O zaman hadisənin səbəbləri barədə fikir söyləmək olar”,- deyə keçmiş müşavir bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər