“Miras” təqdim olundu - Arzu Əliyeva da iştirak edib/ FOTOLAR

1179

Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs edən "Miras” bədii-sənədli filminin təqdimatı olub.

BakuPost xəbər verir ki, mərasimdə Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva, dövlət rəsmiləri, mədəniyyət xadimləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Nobel Oil” şirkətinin sponsorluğu ilə ərsəyə gələn filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Film üzərində bir ilə yaxın iş aparılıb. Çəkilişlər Bakı və onun ətraf kəndləri, Şəki, İsmayıllı şəhərləri və Belarus Respublikası da daxil olmaqla 30 məkanda həyata keçirilib. Filmdə 100-dən artıq pəşəkar aktyor çəkilib. Kütləvi səhnələrin çəkilişlərində isə 1500-ə yaxın insan iştirak edib. Ümumilikdə film üzərində iki minə yaxın adamın zəhməti var.

"Miras” bədii-sənədli filminin prodüseri Orman Əliyev, ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir. Filmin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, Rusiya, Belarus və Gürcüstandan dəvət olunmuş kinomotoqrafçılar iştirak edib.
 


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər