Ru
10:22 / 16 İyul 2019

MTN baş əks-kəşfiyyatçısının məhkəməsi başladı

1493
 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb.


Bakupost.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Məhkəmə baxışı iyulun 24-ə təyin edilib. 


Qeyd edək ki, Ə.Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb. General ötən il həbs edilib və ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 


Onu da əlavə edək ki, bundan əvvəl Ə.Əsədullayevin adı "MTN işin”də şahid qismində keçib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər