Ru
11:52 / 27 İyun 2019

MTN generallarının rüşvət aldığı biznesmen MƏHKƏMƏDƏ

2572

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxslərinin qanunsuz əməllərindən zərərçəkən kimi tanınan Kabulov Əşrəf Rafael oğlunun məhkəməsi başlayıb.


Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Növbəti proses iyulun 4-ə təyin edilib.


Qeyd edək ki, Ə. Kabulova Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 179.3.2-ci ( külli miqdarda pulu məniməsəmə) maddəsi ilə ittiham verilib.


Onu da qeyd edək ki,  Ə. Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.


İttihamda göstərilir ki, MTN əməkdaşları Ə. Kabulovdan 30 min manat pul alınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər