Müğənni Abbas Bağırovun evini əlindən alan şəxsə 5 İL 6 AY HƏBS

524

Müğənni Abbas Bağırova dələduzluqda etməkdə təqsirləndirilən Orxan Mehrəliyevin məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun hökmü ilə O. Mehrəliyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, O. Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni, əməkdar artist Abbas Bağırovun Bakı şəhər, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 20 min manat olan 28 kv metr torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirib. Həmçinin o, müğənni A.Bağırova məxsus qarajı Emil Qurbanova satacağını vəd edərək ondan 10 min manat pul alıb. Cinayət materialına görə, O. Mehrəliyev Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52500 manat pul alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. O, təkrarən Maman Nadirovadan 2017-ci ildə 3500 manat pul alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib. O. Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, O. Mehrəliyev müğənni İradə Mehrinin qardaşıdır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər