Ru
17:37 / 04 Sentyabr 2019

Nailə İslamzadə “Ötən günlər”ə qayıdır: “Gözəl proqram təqdim edəcəyik” - Açıqlama

Nailə İslamzadə “Ötən günlər”ə qayıdır: “Gözəl proqram təqdim edəcəyik”  - Açıqlama
Eye

“Bildiyiniz kimi, mən uzun illər yalnız bir kanalda AzTV-də çalışmışam. Bu günlərdə İctimai Televiziyadan dəvət gəldi və “Ötən günlər” adlı proqrama başlayacaqlarını söylədilər”.



Bunu BakuPost-a tanınmış teleaparıcı, Azərbaycanın əməkdar artisti Nailə İslamzadə deyib.


Onun sözlərinə görə, layihə diqqətini çəkdiyi üçün İTV rəhbərliyinin təklifini tərəddüd etmədən qəbul edib:
“Layihə diqqətimi çəkdi və dəvəti məmnuniyyətlə qəbul etdim. Proqram hər həftə yayımlanacaq, peşəkar komanda ilə birlikdə müzakirələrimiz gedir. Respublikamızın say seçmə insanları ilə ötən günlərə, hadisələrə qayıdacağıq, danışacağıq, güləcəyik, nostalji hisslərə qapılacağıq, müsiqi dinləyəcəyik. İnşallah, hörmət etdiyim aparıcı Saleh Bağırovla birlikdə tamaşaçılara gözəl proqram təqdim edəcəyik”.

N.İslamzadə uzun illərdir, aparıcılıq etmədiyi üçün bir qədər həyəcan keçirdiyini gizlətməyib:

“Təbii ki, həyacan var, bəlkə də məsuliyyətdən döğur, çünki, bir yandan uzun illərdir aparıcılıq etmirəm, digər yandan isə bu gun bu qədər proqram bolluğu içində öz sözünü deyəcək proqram hazırlamaq üçün çox çalışmalıyıq.


İTV gözümüzün önündə müsbət dəyişikliklərə doğru iri addımlarla irəliləyir. Televiziyada işguzar, pozitiv ab hava var. Dəvətə görə İTV-nin rəhbəri Balakişi Qasımova minnətdaram və son bir il ərzində apardığı televiziya siyəsəti ilə tamaşaçıların televiziyaya inamını qaytardığına və onlarda yenidən televiziyaya baxmaq həvəsi yaratdığına görə təşəkkür edirəm”.




E.Mirzəyev

Bakı Post



Şərhlər
  • Aytən Cəbiyeva

    Ruhu qidalandıran veriliş və mükəmməl aparıcılar! Eşq olsun!

  • Səmədov Ceyhun İlham Oğlu

    Ucar Şəhəri

  • Asif

    Tebrikler

  • Əliaslan Məmmədov

    Nailə xanım kimi peşəkar ziyalımızın İctimai televiziyada veriliş aparması həddən ziyadə sevindirici hadisədir. Xeyirli, uğurlu olsun. Səbirsizliklə gözləyirik.

  • Vəkil Bəkirov

    Çox gözəl.Mən onun yenidən işə başlamasını alqışlayıram

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar