Ru
17:00 / 22 İyul 2019

Narkoloji Mərkəzi yandıranlar həbsdə qaldı – Məhkəmə

1801

Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilən mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova barələrində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 


Bakupost.az-ın məlumatına görə,  Bakı Apelyasiya Məhkəməsində  hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  Qərara əsasən təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib. 


Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib. Daha sonra mərkəzin direktoru T.Məmmədhəsənov, mərkəzin işçisi M.Abdullayev, yanğını törətməkdə təqsirləndirilən M.Məmmədov və onun həkimi, şöbə müdiri A.Məmmədova saxlanılıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Məmmədhəsənov 4 il, M.Abdullayev 3 il 6 ay və M.Məmmədov isə ömürlük azadlıqdan məhrum edilib. 


Eyni zamanda, hökmə əsasən, digər təqsirləndirilən A.Məmmədova 5 il müddətinə azadlıqdan məhrum olunub və ona Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza verilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər