Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək DTX-nin Naxçıvan Baş İdarəsi yaradılıb.
Bu isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Bəziləri Naxçıxanın muxtariyyət statusunun ləğv olunacağını iddia ediblər.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda hansısa bir əraziyə xüsusi muxtar dövlət statusu verməyə ehtiyac yoxdur:
“Bu məsələ səhv etmirəmsə, ilk dəfə 1992-93-cü illərdə qaldırılıb. Çünki muxtar respublikanın varlığı dövlətin unitarlığının əleyhinədir. Konstitusiyamızda qeyd olunub ki, Azərbaycan Respublikası unitar dövlətdir.
Düşünürəm ki, indi Azərbaycanda hansısa bir əraziyə xüsusi muxtar dövlət statusu verməyə ehtiyac yoxdur. Zamanında belə olub, amma indi ləğv olunsa, daha faydalı olar. Bunun ləğvi üçünsə referendum keçirilməlidir. Çünki Konstitusiyada təsbit olunmuş mövqe belədir. Xalqın iradəsi nədirsə, o da olmalıdır.
Fikir verin, biz deyirik ki, Qarabağ məsələsində heç bir statusdan söhbət gedə bilməz, Azərbaycan unitar dövlətdir. İndi rəqiblər, düşmənlər Naxçıvanı nümunə gətirərək deyə bilərlər ki, Naxçıvan Muxtar Respublikası varsa, başqa bir formada da Qarabağa digər status verilsin. Onsuz da burada unitarlıq pozulub.
Nəzərə alsaq ki, biz qəliz bir regionda, Rusiya, İran, Ermənistan kimi qonşuların əhatəsində yaşayırıq, o zaman Azərbaycan idarəçiliyi nə qədər mərkəzləşdirilmiş, vahid mərkəzə tabe olan struktur olsa, o qədər yaxşı olar. Yoxsa, Naxçıvanda bir nazir, Bakıda başqa bir nazir, orda başqa biri, belə olmur... Tutaq ki, bu gün belədir, sabah bundan istifadə etməyə çalışanlar ola bilər axı... Ona görə də çoxdan Naxçıvan Muxtar Respublikasının muxtariyyətinin ləğvinin tərəfdarıyıq. Bu da naxçıvanlıların, Naxçıvanın əleyhinə deyil. Bu, Azərbaycanın bütövlüyü naminə olan bir addımdır. Belə bir addım olsa, dəstəkləyərik”.
Aygün
BakuPost
Həmçinin oxuyun:
Siz ne danisirsiz qarabagda dusmen xalq muxtariet edibki oz hakimiyyetini mohkemlendirsin. Naxcivanin muxtarieti ise onun toxunulmazliginin ve bu erazilerin turk-azerbaycanli ehalisine mexsuslugunun teminati olub. Tarixi oxuyun muqvileler olmasaydi naxcivanda qarabagin gunune dusecekdi. Muqavilelər
Bunu tezləşdirmək lazımdır.Coooox gecikmişik.
Cox dogru bir qerardir . Heyati önem dasiyir . Azerbaycan xalqinin her an bir ve birlik olmasi , prezidentinin etrafinda sıx birlesmesi bu gun iran ermenistan kimi düsmenleri kahredir . Ne fitne fesad toretdilerse Azerbaycani parcalaya bilmediler . Hele hele o serefsiz iran fars itleri . Cunkinonlarin en böyuk arzusu bizi icimizden parcalamaq - reqion region dagitmaq . Cox vaxtinda verilmis qerardir . Gec bele qaldıq