Ru
17:16 / 22 Avqust 2019

Nazarbayevdən müdhiş addım - FOTO

4429
Qazaxıstanın ilk prezidenti, Elbaşı Nursultan Nazarbayev "Nur Otan” partiyasının geniş iclasında partiyanın siyasi bürosunda dəyişiklik etmək təşəbbüsünü irəli sürüb.

 

"Kazinform” dövlət agentliyinin verdiyi xəbərə görə, Elbaşı deyib ki, dövlət qulluğuna keçən kadrların yerinə siyasi büroya yeni üzvlər qəbul edilməlidir. O, türk dünyasının tanınmış fikir adamı və professoru Darxan Kıdıralının siyasi büroya irəli çəkilməsini təklif edib: "Biz dəfələrlə qeyd etmişik ki, məmurlar xalqa yaxın olmalıdırlar. Buna görə də, biz gənclərə üstünlük verməliyik. Bu məsələdə xüsusən də, kənddəki gəncləri irəli çəkməli, ziyalılarla sıx əlaqə yaratmalıyıq. "Nur Otan" partiyasının siyasi bürosunda boşalan yerlərdən birinə türk dünyasında tanınmış tarixçi alim, professor, Beynəlxalq Türk Akademiyasının prezidenti,  "Egemen Qazaqstan”  dövlət qəzetinin idarə heyətinin rəhbəri Darxan Kıdıralının seçilməsini məqsədəuyğun hesab edirəm. Darxan Kıdıralı ziyalıları öz ətrafına toplaya və onlarla yaxşı əlaqələr qura bilir, o, tirajı çox aşağıya enmiş qəzeti yüksəltdi".


Onun təklifi yekdilliklə qəbul olunub. 


Elbaşı "Nur Otan” partiyasının iclasında Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasına ölkənin ali məktəblərindəki rüşvətxorluq hallarının da araşdırılmasını tapşırıb və ali məktəblərin dünyanın inkişaf etmiş ölkələrindəki ilk 30-luğa düşməsi üçün özünün üç reseptini söyləyib.


Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası (TWESCO)-nun prezidenti Darxan Kıdıralıya Nursultan Nazarbayev tərəfindən göstərilən etimad türk dünyasında böyük əks-səda doğurub.

Nazarbayevdən müdhiş addım -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər