Ru
20:02 / 15 Fevral 2019

Nazir günərzi mərkəzindəki uşaqlara baş çəkdi

2462
Əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayon İcra Hakimiyyətinin
başçısı İsmayıl Vəliyevlə birgə nazirliyin sifarişi ilə rayonda yaradılmış günərzi
qayğı mərkəzinə baxış keçiriblər. BakuPost-un nazirliyə istinadən məlumatına görə,
mərkəz çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud
uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi, uşaqların dövlət uşaq müəssisələrinə
düşməsinin qarşısının alınması məqsədi ilə yaradılıb.   Burada 30-dan çox
uşaq gündəlik olaraq və gün ərzində yarımstasionar formada xidmətlərlə təmin
edilir. Onların bacarıqlarının artırılması üçün müvafiq işlər aparılır. Bunun
üçün uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər
yaradılıb. Azyaşlıların vaxtlarının səmərəli keçməsi məqsədilə onlar üçün müxtəlif
mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər də təşkil
olunur.   Mərkəzdə yaradılmış şərait,
göstərilən günərzi qayğı xidmətləri nəzərdən keçirilib. S.Babayev göstərilən
sosial xidmətlərdə yeni və daha səmərəli metodların tətbiqi, bu xidmətlərin əsasən
reabilitasiya istiqamətində təşkili, əməkdaşların peşəkarlıq səviyyələrinin
artırılması və s. barədə tapşırıqlarını verib.  
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər