Ru
12:35 / 01 Dekabr 2018

Nazir müavini efirdə deputatı təpiklədi: “Əclaf” - VİDEO

4076
Ukraynada nazir müavini deputatı təpikləyib. 


BakuPost-un məlumatına görə, hadisə ZİK telekanalında nümayiş etdirilən "Xalq qarşıdır” siyasi tok-şousunda baş verib. 


Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri məsələləri üzrə nazir müavini Yuri Qrımçak canlı efirdə Ali Radanın deputatı Yevgeni Murayevə hücum çəkib. 

 

Nazir müavininin aqressiv davranışına səbəb deputatın noyabrın 25-də Kerç boğazında baş verən hadisədə Rusiyanın deyil, Ukraynanın maraqlı olmasını iddia etməsidir. Y. Murayev debat zamanı deyib ki, bu münaqişədə Rusiya maraqlı deyildi: "Məhz bu olay nəticəsində G20 sammitində ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş baş tutmadı”. 


Bu sözlə əsəbiləşən nazir müavini deputatı "əclaf”, "rusiyapərəst” adlandırıb, daha sonra ona yaxınlaşaraq qarşısındakı masaya təpik vurub. Nəticədə masa deputatın üzərinə aşıb. 


Qeyd edək ki, noyabrın 25-də Rusiya hərbi donanmasının gəmiləri Kerç boğazında Ukraynanın iki zirehli katerinə və bir yedək gəmisinə hücum edib, ukraynalı hərbçilər saxlanılıb. Olay zamanı 6 ukraynalı hərbçi xəsarət alıb. Rusiya məhkəməsi ukraynalı hərbçiləri 2 ay azadlıqdan məhrum edib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər