Ru
20:43 / 19 Avqust 2019

Nazir müavini yol qəzasında öldü

1928
Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında dünyasını dəyişib. BakuPost Türkiyə mediasına istinadən xəbər verir ki, nazir müavininin içərisində olduğu avtomobil  Vanın Erciş ərazisində dərəyə yuvarlanıb. Dursun qəza zamanı dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılar Erciş Dövlət Xəstəxanasına aparılıb. Qeyd edək ki. Ahmet Haluk Dursun Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə Türkiyə Yazıçılar Birliyinin Malazgirddə təşkil etdiyi tədbirdən qayıdırmış.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər