Ru
16:11 / 30 Aprel 2019

Nazirlik 300 mindən çox ağac əkdi - FOTOLAR

3022

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası başa çatıb. 


Bakupost.az-ın məumatına görə, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində Nazirliyin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə meşə və qeyri meşə fondu ərazilərində ümumilikdə 863 000-dən çox iqlimə və relyef şəraitinə uyğun müxtəlif cinsli ağac əkilib. 


Ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara 305 000-dən çox müxtəlif cinsli ağac tingi paylanılıb. Əkilən və paylanılan ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

 

Qeyd edək ki, yaz ağacəkmə kampaniyası başlandığı ilk gündən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. 

 

ETSN ağacəkmə kampaniyasında yaxından iştiraka və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin təşəkkürünü bildirir.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər