Hansı bank etibarlıdır? - SORĞU
Ru
10:59 / 28 May 2022

Nəcməddin Sadıkovun sağ əli HƏBS OLUNDU - FOTO

12629

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.


Bakupost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.


Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi (050) 2952323).



***

10:59


Ötən gün Nəcməddin Sadıkovun yaxın adamı, onun sağ əli hesab olunan Zahid Niftəliyev (“şlyapa” ləqəbli) həbs olunub.



Bakupost.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, o, məhkəmə zalında həbs olunub.


Verilən məlumatda Z.Niftəliyevin mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.

Qeyd edək ki, N.Sadıkova yaxınlığı ilə tanınan “şlyapa” ləqəbli Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar.

Z.Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun sağ əli olub.


Şərhlər
  • Qazıyev Süleyman

    Nəcməddin Sadıqovun özünün indiyə kimi həbs olunmaması sual doğurur. Bu adam qarşı ictimaiyyətdə həddindən çox ittihamların səslənməsinə baxmayaraq müvafiq idarələr susmağı lazım bildilər və bununla da cəmiyyətlə hesablaşmadıqlarını nümayiş etdirdilər. Əslində komissiya yaradılmalı, diqqətlə araşdırılmalı və nəticə xalqa bildirilməliydi.

  • Rəhim

    Nəcməddin kimi birisi elə bil qəsdən Azərbaycan Ordusunu dağıtmaqla məşğul olub və bu proses 5-10 il yox 25 illik bir döbrü əhatə edir. """Qeyd edək ki, N.Sadıkova yaxınlığı ilə tanınan “şlyapa” ləqəbli Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar. Z.Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun sağ əli olub.""" Nəcməddinin bir əməli ilə görün neçə-neçə ailənin mənafeyi və ümumilikdə Ordünün, Dövlətin mənafeyi tapdanır...

  • Rəhim

    Nəcməddin kimi birisi elə bil qəsdən Azərbaycan Ordusunu dağıtmaqla məşğul olub və bu proses 5-10 il yox 25 illik bir döbrü əhatə edir. """Qeyd edək ki, N.Sadıkova yaxınlığı ilə tanınan “şlyapa” ləqəbli Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar. Z.Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun sağ əli olub.""" Nəcməddinin Vikir verin cəmi bircə epizodda neçə insanın, ailənin mənafeyi tapdanır???

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar