Ru
22:48 / 18 İyul 2019

“Neftçi” Avroliqanın II təsnifat mərhələsində

2699
Neftçi" UEFA Avropa Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb. BakuPost-un məlumatına görə, paytaxt təmsilçisi buna Moldova "Sperantsa"sını I raundun cavab matçında da məğlub etməklə nail olub. Səfərdə rəqibi 3 cavabsız qolla üstələyən "ağ-qaralar" evdə daha böyük hesablı qələbəyə seviniblər - 6:0. "Neftçi"nin heyətində Vangelis Platellas 18-ci və 40-cı dəqiqələrdə fərqlənməklə dubl edib. Kapitan Emin Mahmudov 24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dario Frederiko 42-ci, Jozef Monroz 67-ci, İsmayıl Zülfüqarlı isə 73-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

 

 

**

 

 

Avropa Liqasının I təsnifat mərhələsinin "Neftçi” (Azərbaycan) – "Speranta” (Moldova) oyununda hesab dəyişib.
BakuPost-un məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 24-cü dəqiqəsində paytaxt təmsilçisi ikinci qolu vurub. Bu dəfə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib - 2:0.
 

**
Avropa Liqasının I təsnifat mərhələsinin "Neftçi” (Azərbaycan) – "Speranta” (Moldova) oyununda hesab açılıb. BakuPost-un  məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmada paytaxt təmsilçisi önə keçib. "Ağ-qaralar"ın heyətində 19-cu dəqiqədə Vanqelis Platellas fərqlənib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər