Ru
22:47 / 11 İyul 2019

“Neftçi” səfər oyununda qələbə qazandı: 3:0

2307
Avropa Liqasında ölkəmizi təmsil edən "Neftçi” səfər oyununda qələbə qazanıb.

 

BakuPost xəbər verir ki, Roberto Bordinin komandası 1-ci təsnifat mərhələsinin  ilk oyununda Moldovanın "Sperantsa” klubunun qonağı olub.
Kişinyovda  "Zimbru" stadionunda keçirilən oyunda hesab 16-cı dəqiqədə açılıb."Neftçi”nin oyunçusu Emin Mahmudov penaltidən fərqlənib. Oyunun  36-cı dəqiqəsində Stiven Monroz, 76-cı dəqiqəsində Rəhman Hacıyev fərqlənib.

 
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 18-də Bakıda
keçiriləcək.

 

Mərhələni adlayan tərəf Rusiyanın "Arsenal" (Tula) klubu
ilə qaşılaşacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər