Ru
10:43 / 22 İyul 2019

Netanyahu rekord vurdu - Tramp təbrik etdi

2018
Benyamin Netanyahu İsrailin Baş naziri vəzifəsində fəaliyyət müddətinə görə rekord müəyyənləşdirib.


"İnterfaks” xəbər verir ki, B.Netanyahu 2009-cu il martın 31-dən İsrail hökumətinə başçılıq edir.


O, ilk dəfə 1996-1999-cu illərdə Baş nazir vəzifəsində çalışıb.


ABŞ Prezidenti Donald Tramp onu bu nailiyyət münasibətilə "Twitter” səhifəsində təbrik edib:


"İsrail tarixində Baş nazir postunda ən uzun müddət çalışdığına görə təbriklər, Netanyahu. İsrail Sizin rəhbərliyiniz altında dünya səviyyəli iqtisadiyyata malik ölkəyə çevrilib”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər