Tanınmış şairə Nigar Həsənzadənin ana dilimizdə ilk kitabı çap olunub.
Bakupost.az xəbər verir ki, kitabın təqdimetmə mərasimi bu gün Azərbaycan Dövlət Tərcümə Mərkəzində baş tutub. Tədbirdə millət vəkilləri, şairlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, seçilmiş şeirlərin rus dilindən tərcüməçisi Salam Sarvan, redaktoru Mahir Qarayevdir.
Kitaba ön sözü Ramiz Rövşən yazıb.
N. Həsənzadə Azərbaycan Mədəniyyət Nazirliyinin “SÖZ” ədəbi layihəsinin yaradıcısı və müəllifi, Dünya Azərbaycanlıları Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər
komitəsinin rəhbəridir. 2000-2014-cü illərdə Londonda çalışıb.
5 kitabın müəllifidir.
Elnur
BakuPost