Ru
11:47 / 25 İyul 2019

“Nissan” piyada keçidində kişini vurub öldürdü - VİDEO

2308
 

Bakıda baş verən dəhşətli piyadavurma hadisəsi kameraya düşüb.


Bakupost avtosfer.az-a istinadən xəbər verir ki, Binəqədi yolunda (Vorovskinin kruqu yaxınlığı) köməkçi yolda əsas yoldakı piyada keçidi ilə yolu keçməyə çalışan kişini "Nissan” markalı avtomobil vurub. Nəticədə piyada dünyasını dəyişib. Görüntülərdən aydın olur ki, piyada görüntü məhdudiyyəti olan yerdən qəfil piyada keçidinə qaçır.


Bu zaman sürətlə hərəkət edən avtomobil ona çırpılır. Yol Hərəkəti Haqqında Qanunda deyilir ki, piyada yolu keçməmişdən əvvəl avtomobillərin dayanıb ona yol verməsinə əmin olmalıdır. Eyni zamanda nizamlanmayan piyada keçidinə çatanda sürücülər mütləq şəkildə sürəti azaltmalıdırlar.

Bu iki qayda pozulduğu üçün bu cür ağır nəticə verib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər