Ru
17:29 / 09 Avqust 2021

Niyaz Niftiyevin məhkəməsi qəsdən uzadılır: Dövlət ittihamçısı yenə dəyişdirildi

Niyaz Niftiyevin məhkəməsi qəsdən uzadılır: Dövlət ittihamçısı yenə dəyişdirildi
7463

Ötən il saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

Bakupost.az xəbər verir ki, bütün şahidlərin Niyaz Niftiyevin xeyrinə ifadə vermələrinə baxmayaraq, məhkəmə prosesi qəsdən uzadılır.

Belə ki, bir daha dövlət ittihamçısı Cövdət Mehrəliyev Vüsal Mehrəliyevlə əvəz olunub.

Baş Prokurorluq tərəfindən ittihamçıların tez-tez dəyişdirilməsi Niyaz Niftiyevin məhkəmə prosesinin qəsdən uzadılmasına dəlalət edir.

Maraqlısı isə budur ki, bəzi dairələr ağır cinayət törətməmiş, dindirilən şahidlərin xeyrinə ifadə verdiyi Niyaz Niftiyevin azadlığa buraxılmasını əngəlləmək üçün hər vasitədən istifadə edir.

Qeyd edək ki, növbəti məhkəmə prosesi avqustun 23-nə təyin edilib.

Xatırladaq ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktından görünür ki, istintaqın istinad etdiyi və ittiham olaraq irəli sürdüyü - mübahisələndirdiyi arayışlar içərisində yalnız 4 arayışda N. Niftiyev imzası var.

Niyaz Niftiyev ifadəsində bildirib ki, imza atdığı 3 arayışı verdiyi şəxsin həqiqətən də sədri olduğu bələdiyyə ərazisində yaşayıb-yaşamadığını dəqiqləşdirmək imkanı olmayıb. Bildirib ki, həmin vaxt pandemiya ilə əlaqədar imkansız və tənha ailələrə (800 nəfərə) ərzaq yardımı paylanılıb, bələdiyyəyə sakinlərin axını, gərgin iş rejimi olub. Həmin 3 nəfər öyrədilmiş şəxslər olduğuna görə, bələdiyyə əməkdaşlarını inandıra biliblər ki, həqiqətən, bələdiyyə ərazisində yaşayırlar və hansısa xırda ticarətlə məşğuldurlar.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar