Ru
20:29 / 20 Fevral 2019

Paşinyana etiraz edən ata və qızı özünü yandırdı

1904
 

Yerevanda Ermənistan hökumətinin binasında ata və qızının intihar cəhdinin qarşısı alınıb.

 

BakuPost Ermənistan mediasına istinadən xəbər verir ki, Gümrü şəhərinin sakini olan 54 yaşlı P.Arutyun baş nazir Nikol Paşinyan hakimiyyətinə etiraz olaraq qızı ilə birlikdə hökumət binasına daxil olub, orada özlərini yandırmağa cəhd ediblər.

 

Lakin binadakı növbətçi polislər intihar cəhdinin qarşısını vaxtında ala biliblər.

 

Polis məntəqəsinə aparılan Arutyunun üzərindən özlərini yandırmaq üçün götürdüyü tezalışan maye tapılıb. Onun qızı ilə birlikdə intihara cəhd etməsinin səbəbləri barədə məlumat verilmir.

 

Məsələ ilə bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər