Ru
13:19 / 20 İyul 2019

Polis iki istirahət mərkəzini cərimələdi

2046
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirirlər.


Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan Bakupost-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində aparılan reyd zamanı şəhərin Kiçik Bazar ərazisində dəniz kənarında fəaliyyət göstərən "Ləzzət” və "Gəl arada bir” adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib. 

Bununla bağlı F. Həsənov və K. Mustafayev barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib. 


Reyd zamanı, həmçinin Lənkəran şəhərinin Böyük Bazar ərazisində də aşkarlanan analoji fakta görə N. Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib edilib. Lənkəranda bu istiqamətdə tədbirlər davam etdirilir. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər