Ru
13:06 / 11 İyul 2019

Prezident Əliməmməd Nuriyevi təltif etdi

2369
"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev İlham Əliyevin imzaladığı Sərəncamla "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunub.


BakuPost xəbər verir ki, Ə.Nuriyev bu barədə təəssüratlarını özünün feysbuk səhifəsində paylaşıb:


"Bu təltifə görə cənab Prezidentə təşəkkür edirəm. 

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın ən böyük uğur hekayəsidi. Bu gündə bu uğur hekayəsi davam edir. 

Uzun əsrlərdən bəri xaqlımızın azadlıq yanğısı, müstəqillik arzusu, qurub-yaratmaq, dövlətçilik potensialı Azərbaycan Xalq Cümhuriyyətinin timsalında, xalqımızın zəngin, mədəniyyətinə, milli ənənələrinə, möhtəşəm tarixinə layiq formada reallaşdı. Azərbaycan Xalq Cümhuriyyəti milli olduğu qədər bəşəriydi və o zaman üçün insan hüquq və azadlıqları, universal dəyərlər, tərəqqipərvər amallar mükəmməl formada və real məzmunda Cümhuriyyətimizin fəaliyyətində əksini tapmışdı.

Çox xoşbəxtəm ki, dövlət müstəqilliyimizin bərpası prosesində fəal iştirakçı olmuşam, bu gün dövlət quruculuğu, dövlətçiliyimizin möhkəmlənməsində mümkün olan töhfəni verməyə çalışıram. Cümhuriyyətlə bağlı medalı ilə təltif olunmağım üzərimə əlavə məsuliyyət qoyur və yeni güc verir. Bu gün "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarının təqdim olunması qürur verir. Allah Azərbaycanımızı qorusun!”

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər