Hansı bank etibarlıdır? - SORĞU
Ru
17:42 / 22 Dekabr 2021

Prezidentin general-leytenant rütbəsi verdiyi məşhur polis rəisi - Usubov onu niyə işdən çıxarmışdı?

149321
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilməsilə bağlı Sərəncam imzalayıb.


Həmin sərəncama əsasən, general-mayor Şahmar Ənvər oğlu Paşayevə general-leytenant rütbəsi verilib.

Bakupost.az xəbər verir ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi vəzifəsində çalışan Şahmar Paşayev kifayət qədər məşhur isimdir.

O, FHN-dən əvvəl Daxili İşlər nazirliyi sistemində yüksək vəzifələrdə çalışıb.

Ş.Paşayev 2014-cü ildə Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə işdən uzaqlaşdırılmışdı. Həmin vaxt yayılan məlumatda bildirilirdi ki, o özü istefa ərizəsi yazıb. Səbəb kimi isə “səhhətindəki problem”i göstərib.

Amma qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi təyin edilmişdi.

Ş.Paşayev Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general Məhərrəm Əliyevin yaxın adamı kimi tanınırdı. Elə buna görə də, onun işdən uzaqlaşdırılması mətbuatın diqqətini cəlb etmişdi.

Həmin vaxt polkovnik Şahmar Paşayev Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsində çalışırdı. Şamaxının rəisi olmamışdan öncə Naxçıvan Şəhər Polis İdarəsinin rəis müavini və rəisi, Xətai RPİ 34 və 37-ci polis bölmələrinin rəisi, Yasamal Rayon Polis İdarəsinin rəisi, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində çalışıb.

Ş. Paşayevin oğlu Turabi Paşayev hazırda DİN sistemində çalışır.

Digər oğlu - polkovnik-leytenant Tural Paşayev isə Fövqəladə Hallar Nazirliyində idarə rəisidir.

E.Mirzəyev
Baku Post
Şərhlər
  • t.ədalət

    Mən Şahmar müəllimin qardaşı Cəbrayılı tanıyıram.Həkimdir.Çox ünsiyyətcil adamlardır.Qabalıqları hiss olunmur.

  • Hidayət İsayev

    Aşı mollanın, başı mollanın!Altıdan da beşi mollanın!!

  • musa

    bu general polis rəisi işləyəndə polis bölməsini özünün kontoru kimi görürdü.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar