Ru
15:41 / 15 Avqust 2019

Putin quşlarla toqquşan təyyarənin pilotlarına jest edəcək - VİDEO

2296
Bu gün Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan "Ural" hava yollarına məxsus "Aerobus A321” təyyarəsi nasazlıq ucbatından Moskva vilayətində qarğıdalı sahəsinə enməli olub.


Bakupost ria.ru-ya istinadən xəbər verir ki, qəza enişi təyyarə havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılması səbəbindən baş verib. Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb. Bununla belə pilotlar təyyarəni qarğıdalı sahəsinə endirə biliblər. Sərt eniş nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür.


Təyyarədəkilərin hamısı təxliyə olunub, aralarında ölən olmayıb.


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov  "A321” təyyarəsinin pilotlarını qəhrəman hesab edib: "Pilotların təltif edilməsi üçün sənədlərin qəbulundan sonra işlər qısa müddət ərzində yerinə yetiriləcək. Pilotlar Putin tərəfindən mütləq mükafatlandırılacaq".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər