“Təssüf ki, dünyanın hər bir yerində, o cümlədən ölkəmizdə də qadına qarşı şiddət var. Bu gün də qadın döyülür, şiddətə məruz qalır. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının artması narahatlıq doğurur”.
Bunu
Bakupost.az -a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Millət vəkilinin sözlərinə görə, qadına qarşı şiddət yolverilməzdir:
“Kişinin həyat yoldaşına əl qaldırması, ölümcül xəsarətlər yetirməsi, öldürməsi yolverilməzdir, cinayət əməlidir. Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə sahəsində beynəlxalq standartlara cavab verən qanunverici baza yaradılıb. Lakin, bu, məişət zorakılığının qarşısını almağa kifayət etmir. Qadınlara qarşı şiddətin, zorakılığın qarşı almaq üçün maarifləndirmə işləri aparılmalıdır. Zorakılıqla mübarizə təkcə dövlət qurumları deyil, bütün cəmiyyət tərəfindən aparılmalıdır. Qadınlarımız hüquqlarını yaxşı bilməlidirlər ki, zorakılıqla mübarizədə özlərini müdafiə edə bilsinlər”.
Sevinc
Baku Post
"Qadına qarşı şiddət" qadın əxlaq normalarını aşandan sonra baş verir.Əlbəttə,psixi xəstəliyi olan kişilər nəzərdə tutulmur.