Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:19 / 09 İyul 2021

Qalmaqallı hakimin oğlu dələduzluğa görə dindirilib - YENİLƏNİB

6011


Səbail rayon Məhkəməsinin sabiq hakimi, bir sıra səs-küylü məhkəmə çəkişmələrini idarə etməsi ilə tanınan Alim Namazovun oğlu saxlanılıb


Bakupost.az xəbər verir ki, həbsin səbəbi Anar Alim oğlu Namazovun uzun illər ayrı-ayrı əlil şəxslərin adından sui-istifadə etməsi olub.

Məlumata görə, Anar Namazov fiziki imkanları məhdud şəxsləri aldadaraq, onların adına MMC-lər yaradıb və portala daxil edərək, dövlətdən yardımlar alıb, paralel olaraq, vergidən yayınmaq üçün MMC-ləri qısa müddət ərzində ləğv edib. Beləliklə, bir-birinin ardınca yaranıb-bağlanan bu qurumlar vasitəsilə külli miqdarda gəlir əldə edib.

Anar Namazov və şəbəkəsi növbəti belə bir “əməliyyat” zamanı yaxalanıb. Belə ki, bu dəfə şəbəkə fiziki qüsurlu olmayan şəxslərin adından əlil kimi istifadə etməyə çalışıb. Bir neçə əməliyyatdan sonra isə saxta qurumlar ləğv edilib, ancaq onların vergi borcu qalıb. Onlarla şəxsə külli miqdarda vergi borcu haqda bildiriş gələndə isə şikayətlər başlayıb. Zərərçəkmişlər heç bir qurum yaratmadıqları, hər hansı əməliyyat aparmadıqları halda vergi borcunun necə yaranmasına aydınlıq gətirilməsini istəyiblər.

Bakupost.az zərərçəkənlərdən ikisinin kimliyini müəyyənləşdirə bilib. Belə ki, Quliyev Vəli İlqar oğlunun 5092 manat, Ağayev Ayxan Kənan oğlunun 14700 manat vergi borcu var.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin şikayəti əsasında araşdırmaya başlayıb və şəbəkənin izinə düşməyi bacarıb. Onların insanların şəxsi məlumatlarını necə əldə etdikləri və fəaliyyətləri hazırda araşdırma predmetidir.

İstintaq orqanlarının A.Namazov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, Anar Namazovun atası Alim Namazov uzun müddət Səbail rayon Məhkəməsinin hakimi kimi ən qalmaqallı məhkəmə proseslərini aparması ilə tanınıb. Xüsusilə Alim Namazov media qurumları və jurnalistlərə qarşı ittihamlarla bağlı keçirilən proseslərə görə məşhurdur.

Alim Namazovun işi Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul qiymətləndirildiyi üçün 2007-ci ildə hakimlik fəaliyyətinə xitam verilib.

***

Anar Namazov haqqında yayılan xəbər ilə bağlı redaksiyamızla əlaqə saxlayıb və bildirib ki, o, həbs olunmayıb, azadlıqdadı. Lakin barəsində belə bir şikayətin olduğunu təsdiqləyib:



"Sadəcə haqqımda olan şikayət şişirdilib. Həmin adamların öz səhlənkarlığı ucbatından vergi borcları yığılıb. Düzdür, mən onlara kömək etmək istədiyimi demişəm, amma bunu bacarmamışam. Məsələ ilə bağlı "Bandotel"ə dəvət olunmuşam, ərizəm alınıb və sərbəst buraxılmışam".

Şərhlər
  • Rena Huseynova

    Bu Aferist və dələduz Anarın yeri və indiki vəziyyəti ilə maraqlananlar,onun çirkin fəaliyyətindən zərər çəkmişləri öz səhifəmə dəvət edirəm.Əlaqə saxlayın.

  • Anar Namazov

    Evvalla bele serefsizle uymayin butun melumatlar yalandi. Men hebs olunmamisam. Helede bu barede. Deleduz bunlari yazan ve canlandiran serefsizlerdi. Bu yazilanlar barede menim hec bir gunahim ve aidiyyetim yoxdu. Beli devet olunmusam ve izahatim alinib menim bu isle hec bir gunahim olmuyub deye sebest buraxilmisam.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar