Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:00 / 11 May 2022

Qanuni oğrular Bakılı Namiqə qarşı toplaşdı - Avtoritetlərin Ukrayna məsələsinə qarışması qadağan edildi

107086
Kriminal aləmin əsas fiqurları avtoritetlər Rusiya-Ukrayna müharibəsinə görə Dubaya toplaşıblar.


Bakupost.az xəbər verir ki, toplantı ötən həftə “qanuni oğru” Badri Kutaiskinin təşkilatçılığı ilə baş tutub. Görüşə kriminal avtoritet Tariyel Oniani də gəlib.


Görüşdə bildirilib ki, ukraynalı “qanuni oğrular”ın ruslara qarşı döyüşlərdə, hərbi əməliyyatlarda könüllü iştirakı düzgün deyil.

Kriminal aləmdə istənilən halda dövlət və hakimiyyətlə əməkdaşlıq qəbul olunmadığına görə, Ukrayna rejimini də bu məsələdə avtoritetlər dəstəkləməyəcək.

Badri Kutaiskiy Ukrayna “qanuni oğruların”a orduya qoşulmamağı, döyüşlərə qatılmamağı mesajı göndərib:

“Hökumət və oliqarxlar tərəfindən şirnikləndirici təkliflərə uyub, bu qərarı saymayanlar cəzalandırılacaq”.


Əldə olunan məlumata görə, görüşün əsas məqsədlərindən biri də “Xasanovskiy” və Namiq Bakinskiyə qarşı qüvvələri birləşdirməkdir. Bu barədə müəyyən razılıq əldə olunub.


Aygün Musayeva
BakuPost
Şərhlər
  • Qazıyev Süleyman

    Gürcü əsilli dırnaqarası qanuni oğrular həmişə Rusiya hakimiyyətinə tulalıqları ilə fərqləniblər. Badrinin ağzından Putinin sözləri səslənir. Ancaq o heç utanmağın nə olduğunu belə bilmir. SSRİ dağılandan sonra bu oğruların birinci sxodkasını KQB yığışdırıb məşhur Matrosskaya Tişina kurortuna istirahətə aparandan sonra gürcü oğruları Rusiya hakimiyyətinin tulalarına çevrildilər.

  • Həmid

    Tofiq çox doğru deyir. Sənin kriminalla nə işin var.

  • Tofiq

    Aygün Musayeva təpənə daş düşməsin. Bunun əvəzinə Peraşki nece bişirilik? resepti yazsan daha faydalı olardı..Sanki bunların təbliğatı ilə məşğulsan

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar