Ru
19:58 / 16 Yanvar 2019

Qarabağ icmasının rəhbəri amerikalı diplomatla danışıqlarda

2132
 


"Günün digər əhəmiyyətli görüşünü ABŞ-ın ölkəmizdəki səfirliyinin rəhbəri, müvəqqəti işlər vəkili Vilyam Qil ilə keçirdim. Maraqlı fikir mübadiləsi oldu".


BakuPost xəbər verir ki, bunu "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib. 


"Azərbaycanın beynəlxlaq tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə yaşayışının mümkünlüyü, konstruktiv dialoq və təmasların qurulması haqqında mövqeyimizi amerikalı diplomatın diqqətinə çatdırdım. Bundan ötrü işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması, oradan qovulmuş azərbaycanlıların dərhal geriyə dönməsinin əhəmiyyətini qeyd etdim. ABŞ diplomatı görüşdən məmnun qaldığını və Azərbaycanın Dağlıq Qarabağ icmasının fəaliyyətini yaxından izlədiyini qeyd etdi", - deyə T.Gəncəliyev vurğulayıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər