Qarabağda erməni hərbiçi öldürüldü

695
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma nəticəsində erməni əsgəri məhv edilib.
 
BakuPost.az-ınməlumatına görə, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
 
Qeyd olunur ki, bu gün saat 17:05 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryanın meyiti aşkar edilib.
 
Onun qarşı tərəfdən aldığı güllə yarasından öldüyü bildirilir.
 
Qeyd edək ki, son bir neçə həftə ərzində cəbhə xəttində ciddi gərginlik müşahidə olunur. Ermənistan ordusu müntəzəm təxribatlara əl atır. Nəticədə Azərbaycan Ordusunun mayoru Aqil Ömərov və hərbçisi Elşən Xəlilov həlak olublar.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər