Ru
00:37 / 23 Avqust 2019

"Qarabağ" səfərdə məğlub oldu: Ümid Bakıyadır

4047
"Linfild" ikinci hissədə daha bir dəfə fərqlənib. Sürətli əks-hücumlardan birində "Linfild” 3-cü qolu vurub.

 

"Qarabağ”  yalnız görüşün sonunda bu qollardan birinin əvəzini çıxa bilib. Maqaye Qeye 11 metrlik zərbəni dəqiq yerinə yetirib: 3:2.

 

**

 

"Linfild" - "Qarabağ”  oyununda daha bir qol vurulub.
BakuPost-un məlumatına görə, oyunun 45+1-ci dəqiqəsində meydan sahibləri hesabda önə keçiblər. Şimali irlandiyalıların heyətində Şeyn Leyveri fərqlənib: 2:1. ** "Linfild"  - "Qarabağ” oyununda hesab bərabərləşib. BakuPost-un məlumatına görə, Belfastda keçirilən matçın 40-cı dəqiqəsində ev sahibləri fərqlənib. Mark Stafford komandasının bərabərlik qolunu vurub: 1:1.
 

 **

 

 

Avropa Liqasının pley-off mərhələsinin "Linfild" (Şimali İrlandiya) - "Qarabağ” (Azərbaycan) oyununda hesab açılıb. BakuPost-un məlumatına görə, Belfastda keçirilən matçın 15-ci dəqiqəsində Azərbaycan çempionu fərqlənib. Faysal Rerrasın dəqiq zərbəsi komandamızı hesabda irəli çıxarıb - 1:0.

 

**

Futbol üzrə Azərbaycan çempionu "Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirəcək.
BakuPost-un APA-ya istinadən məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Ağdam təmsilçisi Avropa Liqasında mübarizəyə qoşulur. Qurban Qurbanovun yetirmələri qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsinin ilk oyununda Şimali İrlandiyanın "Linfild” klubunun qonağı olacaq. Belfastdakı "Vindzor Park” stadionunda keçiriləcək görüşdən öncə hər iki komandanın heyəti açıqlanıb. Öz ölkəsinin çempionu olan klubların baş məşqçiləri start "11-lik”ləri və ehtiyat oyunçuları müəyyənləşdiriblər. Avropa Liqası Pley-off mərhələsi
Baş hakim: Sandro Şarer

 

 

Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 22. Ceymi Malqryu (k), 27. Endryu Mitçel, 31. Nayal Kuinn, 47. Kris Keysment

 

 
Ehtiyat oyunçular: 40. Aleks Mur, 3. Ross Larkin, 7. Endryu Uoteruort, 10. Cordan Styuart, 12. Kerk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern

 

Baş məşqçi: David Hili

 

 
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 23. Faysal Rerras, 30. Abbas Hüseynov
 

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 3. Aylton Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacıyev, 99. Queye Maqaye.

 

Baş məşqçi: Qurban Qurbanov
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər