Ru
18:51 / 11 İyul 2019

Qardaşı arvadını və qonşunu öldürmək istəyən şəxsdən YENİ XƏBƏR

2641
 

Gəncədə qardaşı arvadını və qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Amil Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Bakupost.az-ın məlumatına görə, A. Hüseynovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 


Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.


Qeyd edək ki, hadisə bu il martın 27-də günorta saatlarında Gəncədə baş verib. 


1981-ci il təvəllüdlü Gəncə şəhər sakini Amil Hüseynovun ailə münaqişəsi zamanı qardaşı arvadı, 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Elvira Hüseynovaya bıçaq zərbələri ilə döş qəfəsinin və qarın boşluğunun kəsilmiş-deşilmiş yarası xəsarəti yetirdiyi məlum olub. 


Sonra Amil Hüseynov köməyə gələn qonşusu 1958-ci il təvəllüdlü Gəncə şəhər sakini Eldar Əliyevi də bıçaqla vuraraq, döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti yetirərək hadisə yerindən qaçıb. 


Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Hüseynov şəhər ərazisində gizləndiyi yarımtikilidə tutularaq maddi sübutla birlikdə istintaqa təqdim edilib.


Ona Cinayət Məcəlləsinin 29.120.2.10-cu (iki və daha çox şəxsi öldürməyə cəhd ) maddəsi ilə ittiham verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər