Ru
12:35 / 14 Avqust 2019

Qatarların arasında qalıb öldü - Biləcəridə faciə - YENİLƏNİB

2710

Bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb. 


Bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir. 


Məlumatda deyilir ki, hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Ə.Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisənin baş vermə səbəbləri araşdırılır. 
*** Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib.


Bakupost "Report"a istinadən xəbər verir ki, 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb.


Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər