Qaxda ağaca çırpılan mikroavtobus yandı

881
Qax rayonunda mikroavtobus yanıb.

BakuPost.az
APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarılnda rayonun Şotavar kəndi ərazisindən keçən hissəsində baş verib.

1950-ci il təvəllüdlü, Zaqatala rayonu Lahıc kənd sakini Etibar İsmayıl oğlu İsmayılovun idarə etdiyi "Mercedes” markalı mikroavtobus yol kənarındakı qoz ağacına çırpılıb.
 
 
Qəzadan sonra mikroavtobusda yanğın başlayıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində mikroavtobusun yanar hissələri və yaxınlıqda 1 ədəd ağac yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı sürücü E.İsmayılov bədənin kürək nahiyəsindən yanıq xəsarəti alıb.

Qəza baş verən zaman mikroavtobusda sürücüdən başqa bir nəfər sərnişin, sürücünün 30-35 yaş arası qız övladı olub. O, heç bir xəsarət almayıb. E.İsmayılova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımı tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.


ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər