Ru
11:18 / 11 İyul 2019

Qaxdakı qəzada yaralananların kimliyi bilindi - YENİLƏNİB

1681

Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.


"Report"un Şimal-qərb bürosu xəbər verir ki, qəza nəticəsində ikisi ağır olmaqla 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 


Yaralılar:


49 yaşlı Əliyev Elmir Məhəmməd oğlu

54 yaşlı Əfəndiyev Əhməd Nüsrət oğlu

20 yaşlı Musayeva Çinarə Şahin qızı

58 yaşlı Nəsibova Züleyxa Şirin qızı

54 yaşlı Əliyeva Zərnigar Bəşir qızı


Xəsarət alanlar rayonun Almalı kənd sakinləridir. 
***

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 93-cü kilometrliyində, rayonun Qorağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Zaqatala rayon sakini 1955-ci il təvəllüdlü Məmmədvəli Xanlar oğlu Nəsibovun idarə etdiyi 08-BJ-023 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobillə Qaxın Almalı kənd sakininin idarə etdiyi "VAZ-2107" markalı digər avtomobil toqquşub.


Nəticədə "VAZ"da olan sərnişinlər xəsarət alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır.

(report)

Qaxdakı qəzada yaralananların kimliyi bilindi -  YENİLƏNİB
Qaxdakı qəzada yaralananların kimliyi bilindi -  YENİLƏNİB
Qaxdakı qəzada yaralananların kimliyi bilindi -  YENİLƏNİB
Qaxdakı qəzada yaralananların kimliyi bilindi -  YENİLƏNİB
Qaxdakı qəzada yaralananların kimliyi bilindi -  YENİLƏNİB
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər