Ru
21:49 / 25 İyun 2019

Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü - FOTO

1761
Qazaxıstanın cənubunda, Türküstan vilayətinin Arıs şəhərindəki hərbi hissənin anbarında baş verən partlayışdan əziyyət çəkənlərə yardım kampaniyası başlayıb.

 

BakuPost.az xəbər verir ki, Arısda hərbi hissənin yaxınlığındakı evlərdən təhlükəsizlik məqsədilə Şımkənd şəhərinə təxliyyə olunan sakinlərə yardım kammpaniyasına fəal qoşulanlar sırasında bu ölkədə yaşayan azərbaycanlılar da var.

 


 

Bu məqsədlə Çimkənt şəhərində Qazaxıstan Xalqları Assambleyasının xüsusi yardım qərargahı yaradılıb. Çimkəntdəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Natiq İbrahimovun bildirdiyinə görə, partlayışdan keçən bir gün ərzində şəhərdəki Azərbaycan icması 900 000 təngə civarında yardım toplayıb. Toplanan vəsaitə təxliyyə olunan sakinlər üçün yüngül geyimlər və digər zəruri ləvazimatlar alınıb. Bundan başqa, icma tərəfindən 500 nəfərlik yemək bişirilib, qablaşdırılıb və partlayışdan zərər çəkənlərə göndərilib. Yardım kampaniyasının davam etdiyi və digər şəhərlərdəki azərbaycanlıların da xeyriyyə təşəbbüsünə qoşulmaq üçün müraciət etdiyi bildirilir.
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü -  FOTO
Qazaxıstanda yaşayan azərbaycanlılardan xeyriyyəçilik təşəbbüsü -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər