"Əlillik dərəcələri müvafiq qanunvericiliyə uyğun olaraq təyin edilir. Nəzərinizə çatdırırıq ki, Vətən Müharibəsində xəsarət almış qazilərə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilir. Yəni onlar bu kateqoriyadan olan əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan yararlana biləcəklər".
Bu barədə
"Bakupost"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, həmin şəxslərə aylıq pensiya və ya müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü də ödənilir: "Bu təqaüdün məbləği müharibə ilə əlaqədar I, II və III dərəcə əlilliyi olan şəxslər üçün müvafiq olaraq 400, 350 manat və 300 manatdır.
Misal üçün, müharibə ilə əlaqədar II dərəcə əlilliyi olan şəxsə hər ay Prezidentin təqaüdü kimi 350 manat və müavinət kimi 130 manat, ümumilikdə 480 manat ödənilir.
Yaxud, müharibə ilə əlaqədar III dərəcə əlilliyi olan şəxsə hər ay Prezidentin təqaüdü kimi 300 manat və müavinət kimi 110 manat, ümumilikdə 410 manat ödənilir.
Yəni müharibə ilə əlaqədar II və III dərəcə əlilliyi olan şəxslərə ödənilən təqaüd və müavinətlərin ümumi məbləğləri (480 manat və 410 manat) arasında fərq cəmi 70 manat təşkil edir.
Əgər müharibə ilə əlaqədar II və III dərəcə əlilliyi olan şəxslərin pensiya hüquqları varsa, yenə də həm bu pensiyanı (pensiya məbləğləri müxtəlif ola bilər, II dərəcə üçün orta məbləğ 400 manata yaxındır, III dərəcə üçün 280 manatdır), həm də təqaüdü alırlar.
Müharibə ilə əlaqədar bütün əlilliyi olan şəxslərin, eyni zamanda III dərəcə əlilliyi olan şəxslərin dövlət tərəfindən mənzillə, tibbi göstəriş olduqda dövlət tərəfindən avtomobillə təmin olunmaq hüquqları vardır. Eyni zamanda, bütün müharibə iştirakçılarına, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə aktiv məşğulluq proqramlarında, o cümlədən özünüməşğulluq proqramında iştirak etməkdə üstünlük verilir".
Qazilerin ev alqi satqisinda hansisa guzestleri varmi