Qəbiristanlığın ərazisi gecə vaxtı işıqlandırılmalıdır - TƏLƏBLƏR

598
Qəbiristanlığın ərazisi hasara alınmalı və gecə vaxtı işıqlandırılmalıdır. 

BakuPost-un məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda Qəbiristanlığın salınmasına dair tələblər sırasında əksini tapıb. 

Bələdiyyə tərəfindən qeyri-kommersiya qurumu statusunda yaradılan qəbiristanlıqların salınması zamanı aşağıdakı tələblər də nəzərə alınmalıdır:

- ətraf mühitin mühafizəsinin təmin olunması;

- sanitariya mühafizə zonasının salınması və abadlaşdırılması;

- içməli suya olan tələbatın ödənilməsi və yaşıllıqların suvarılması üçün su təchizatı sisteminin yaradılması;

- qəbiristanlığın ərazisində su quyularının qazılmasının və meyvə ağaclarının əkilməsinin qadağan edilməsi;

- mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri olmadıqda, yalnız yaşıllıqların suvarılması üçün yerli su təchizatı qurğularının və septik qurğu ilə təchiz olunmuş sanitar qovşaqlarının tikintisi;

- qəbiristanlığın ərazisi hasara alındıqda, səth sularının (yağış, qar və s.) maneəsiz axıdılmasının təmin olunması;

- cənazələrin daşınmasını təmin etmək məqsədi ilə qəbiristanlığın ərazisində avtomobil nəqliyyatı vasitələrinin hərəkət etməsi üçün yolların salınması;

- qəbiristanlığa girişdə avtomobil nəqliyyatı vasitələri üçün meydançaların ayrılması;

- qəbiristanlığa girişdə gül köşklərinin, habelə dəfn xidmətlərinin göstərilməsi və qəbirləri ziyarət zamanı tələb olunan digər ləvazimatların satışı üçün köşklərin quraşdırılması;

- qəbiristanlığın ərazisinin yaşıllaşdırılması (hər bir qəbir yerinin günəş şüaları ilə təmin olunması şərtilə ərazidə ağac və kolların, həmçinin dekorativ bitkilərin əkilməsi);

- qəbiristanlığın fəaliyyəti ilə bağlı bina və qurğuların, o cümlədən qəbiristanlığın işçiləri üçün inzibati bina və ya xidməti otağın, sanitar qovşaqlarının, meyitin dəfnə hazırlanması üçün yuyulma yerinin tikintisi.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər