Ru
21:30 / 04 Mart 2024

“Qəlbin sözü” - Jest dilində poeziya gecəsi

“Qəlbin sözü” - Jest dilində poeziya gecəsi
Eye

Martın 1-də “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində “Qəlbin sözü" adlı jest dilində poeziya gecəsi keçirildi.

Bakupost.az xəbər verir ki, jest dilində Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin rəhbəri Nazilə Məhərrəmova açıb. O, indiyədək əlilliyi olan uşaqların inteqrasiyası, cəmiyyətdə inklüzivliyin inkişafı məqsədilə həyata keçirdikləri sosial layihələr haqqında məlumat verib.

Bildirib ki, bu günədək işarət dilində bir çox şairlərin işarət dilində poeziya günləri keçirilib. Bu dəfə isə tanınmış şairlər İlqar Fəhmi və İlqar Kamilın yaradıcılığına müraciət ediblər.

Əlilliyi olan uşaqlara həsr olunan “Fərqli fərdlər" himni səsləndikdən sonra inklüziv təhsil üzrə mütəxəssis Zivər Xanlarova çıxış edib. O “inklüzivlik" sözü dilimizdə yeni olsa da, mahiyyətinin milli-mənəvi dəyərlərimizlə yaşayan xalqımız üçün yeni olmadığını qeyd edib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək belə tədbirlərin cəmiyyət üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Millət vəkili Ceyhun Məmmədov da öz çıxışında bu kimi tədbirlərin keçirilməsinin əlilliyi olan insanlara diqqət və qayğı göstərilməsi baxımından əhəmiyyəti olduğunu vurğulayıb: “Quranda "Əraf" surəsində buyrulur ki, onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər. Önəmli olan qəlbimizlə duyub, qəlbimizlə görməkdi”.

Avropa Azərbaycan məktəbinin dəstəyi ilə baş tutan tədbirdə əməkdar artist Gülzar Qurbanova, rejissor və aktyor Əbdülqəni Əliyev, aparıcılar İslam Qədirli, Pərvanə Nadirqızı, rəssam modelyer Nəzrin Nəcəfova, natiqlik təlimçisi Cəlalə Nəzəroğlu, “NAC" intellektual platformanın rəhbəri Nigar Babayeva, bədii qiraətçilər Rəşad Mikayılzadə və Anar Atakişi səhnədə eşitmə məhdudiyyətli gənclərlə birlikdə şeirləri tamaşaçılara təqdim etdilər.

Tədbirin musiqili qonaqları xalq artisti Mələkxanım Eyyubova, sevilən gənc müğənnilər Nərmin Kərimbəyova, Mərdan Kazımovun ifaları jest dilində təqdim olundu.

Görmə məhdudiyyətli Prezident mükafatçısı Rəvanə Ağamirovanın ifası, Əli Cəfərov və Niyazi adına musiqi məktəbinin şagirdi, autizmli Ayxan Quluzadənin şeirlər səslənərkən pianoda canlı müşayiəti tədbirə rəng qatdı.

Tədbirdə diqqət çəkən məqamlardan biri də uşaqlar arasında inklüzivliyin olması idi.

Belə ki, Avropa Azərbaycan məktəbinin şagirdləri Zeynəb Allahverdiyeva, İradə Həsənli, Bülbül adına orta ixtisas məktəbinin şagirdləri Arzu Ağamuradova, Ziya Əlişov, şəhid, leytenant Teymur Abbaslının övladları Siruz və Firuz Abbaslıllar əlilliyi olan dostları ilə səhnəni paylaşdılar.

Daha bir məqam isə eşitmə məhdudiyyətli rəssam Fuad Musayevin işarət dilində göstərdiyi şeiri anası Aynur Musayeva ilə birlikdə təqdim etməsi idi.

Poeziya gecəsində eşitmə məhdudiyyətli istedadlı gənclər Lalə Həsənova, Nərmin Hümbətzadə, Şəhla Nağıyeva, Şəbnəm Əhmədova, Əzim Əhmədov, Aytac Quliyeva, Əli İsgəndərli, Amin Novruzov, Munir Neftəliyev şeirləri jest dilində təqdim etdilər.

Tədbirdə eşitmə məhdudiyyətli şəxslər adından “Karlara Dəstək” İctimai Birliyinin sədri Kamran Abasov cıxış edərək belə tədbirlərin onlar ücün böyük əhəmiyyət kəsb etdiyindən danışdı.
Sonda şairlər İlqar Fəhmi və İlqar Kamil danışaraq öz xoş təəssüratlarını bildirdilər.



Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar