Qəza törədib qaçan sürücü tutuldu

340
Siyəzəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. 


Hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. "Mitsubishi Pajero” markalı, 90-FO-808 dövlət qeydiyyat nişanlı avtomobil dəmir məhəccərlərə çırpılıb. Nəticədə Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Cəlalə Qurbanova aldığı xəsarətlər hadisə yerində keçinib. Sürücü isə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qaçan sürücü, 1990-cı il təvəllüdlü İsmayıl Ələkbərov olması müəyyənləşib və o saxlanıb. Faktla bağlı cinayət işi başlanıb.(apa) 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər